Yozqatın Sorgun rayonundan ailəsi ilə tətilə gedən 7 yaşlı Alper Bozkurt, Samsunun Atakum sahilində günəş kremi istifadə etmədən dörd saat günəş altında qaldığı üçün ağır gün yanığı keçirib.
E-saglam.az-ın məlumatına görə, ikinci dərəcəli yanıq diaqnozu qoyulan uşaq Ankara Bilkent Şəhər Xəstəxanası Uşaq Yanıq Müalicə Mərkəzində müalicə olunub.
Mərkəzin rəhbəri dosent Dr. Səbri Dəmir, günəş yanıqlarının ciddi fəsadlara səbəb ola biləcəyini vurğulayaraq, günün ən isti saatlarında çimməkdən çəkinməyi və yüksək faktorlu qoruyucu krem istifadəsini tövsiyə edib. O, yanıqlarda qatıq, diş məcunu və tomat pastası kimi maddələrin tətbiq edilməsinin zərərli olduğunu, bunun əvəzinə nəmləndirici krem və ya antibiotik məlhəm istifadə edilməsinin daha doğru olduğunu bildirib.
Tərcümə: Könül Oruc