Psixologiya
Uşaqlara qışqırmağın psixi sağlamlığa təsiri:
Psixologiya
135

Uşaqlara qışqırmağın psixi sağlamlığa təsiri: Nəticələr həyəcan vericidir

Yeni bir araşdırma, uşaqlıqda şifahi zorakılığa məruz qalan insanların sonrakı həyatlarında daha ümidsiz və tənha hiss etdiklərini ortaya qoydu.

E-saglam.az-ın məlumatına görə, 20.000 iştirakçı arasında sorğunun aparıldığı araşdırmanın nəticələri olduqca təəccüblü olub. “Mirror”da dərc olunan hesabatda son 50 ildə şifahi təhqir hallarının təxminən iki dəfə artdığı bildirilir. Araşdırmaya görə, hər üç uşaqdan biri böyüyəndə bu cür zorakılığa məruz qalır.

Professor Mark Bellis, "Araşdırmalarımız göstərir ki, uşaqlıqda şifahi istismar fiziki zorakılıq qədər dərin və qalıcı ruhi izlər buraxa bilər".

Məlumatlara görə, uşaqlıqda fiziki zorakılığa məruz qalan böyüklərdə əhval-ruhiyyənin aşağı düşmə ehtimalı 52 faiz çoxdur. Bu nisbət yalnız şifahi təcavüz yaşayanlar üçün 64 faizə yüksəlir.

Həm fiziki, həm də şifahi zorakılığa məruz qalan insanların yetkinlik dövründə zehni sağlamlığın zəifləməsi ehtimalı yüzdə 115 daha yüksəkdir.

Mütəxəssislər bildirir ki, hər altı uşaqdan biri fiziki zorakılığa məruz qalır - əsasən ailə üzvləri və ya tərbiyəçilər tərəfindən - və hər üç uşaqdan biri şifahi zorakılığa məruz qalır.

Uşaqlara qarşı zorakılıqla mübarizə aparan Words Matter təşkilatının qurucusu Jessica Bondy araşdırmaya münasibət bildirib: "Bir çox böyüklər uşaqlara qarşı işlətdikləri sərt sözlərin nə qədər zərərli olduğunu dərk etmirlər".

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun