Sağlamlıq
Uşaqların saçı
Sağlamlıq
1760

Uşaqların saçı niyə tökülür?

Uşaqlarda saçlar bir neçə səbəbdən tökülə bilər.

E-saglam.az xəbər verir ki, bu barədə pediatr Günay Rəsulova məlumat verib.

Həmin səbəblər aşağıdakılardır:

- Uyğun olmayan şampun, balzam və ya baxım məhsulu istifadəsi.
- ⁠Zərərli yemək alışqanlıqları, düzgün qidalanmamaq, zülalsız qidalanmaq.
- ⁠Saç qoparma xəstəliyi (trixotillomaniya).
- ⁠Stress faktoru.
- ⁠Tiroid xəstəlikləri (zob).
- ⁠Vitamin B12 əskikliyi.
- ⁠Dəmir əskikliyi.
- ⁠Biotin əskikliyi.
- ⁠Zinc əskikliyi.
- ⁠Dermatoloji xəstəliklər. Saçda göbələk xəstəliyi, allopesiya areata kimi xəstəliklər.

Pediatr qeyd edib ki, problemin səbəbini tapıb ona uyğun aparılan müalicələrdən sonra tamamən aradan qalxır.

Müalicə gecikdirilərsə, saç aşırı seyrəlmə, saçın keyfiyyətinin azalması baş verə bilər. Və saç quru və tez qırılan saça çevrilir ki, zamanında müdaxilə şərtdir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun