Sağlamlıq
Üzgüçülük, qaçış və ya velosiped sürmə deyil:
Sağlamlıq
561

Üzgüçülük, qaçış və ya velosiped sürmə deyil: Ən yaxşı məşq bu imiş

Qaçış, üzgüçülük və velosiped sürmək artıq tək seçim deyil.

E-saglam.az xəbər verir ki, mütəxəssislər ürək sağlamlığı üçün ən yaxşı məşqin rəqs olduğunu bildirirlər. Ürək-damar həkimləri qeyd edir ki, rəqs həm əzələləri, həm də ürəyi gücləndirir, xolesterin balansını yaxşılaşdırır və psixoloji vəziyyətə müsbət təsir göstərir.

Doktor Dwayne Schmidt-in sözlərinə görə, cəmi 20-30 dəqiqəlik aerobik rəqs məşqi ürəyə ciddi fayda verir. Həm LDL-ni (pis xolesterin) azaldır, həm də HDL-ni (yaxşı xolesterin) artırır. Üstəlik, dopamin və endorfin ifrazını artıraraq əhvalı yüksəldir. Ən gözəli isə, zal və avadanlığa ehtiyac yoxdur – rəqs hər yerdə mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun