Vakansiya
Vakansiya: MEDCO Hospital Group həkim-oftalmoloq
Vakansiya
12

Vakansiya: MEDCO Hospital Group həkim-oftalmoloq köməkçisi axtarır

Bakı şəhərində yerləşən MEDCO Hospital Group MMC həkim-oftalmoloqa ambulator qəbullar zamanı asistəlik edəcək Həkim-Oftalmoloq köməkçisi vakansiyası elan edib.

E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir. 

Vəzifəyə müraciət edən namizədlərdən pasiyentlərin ilkin müayinəyə hazırlanması, görmə kəskinliyi və göz təzyiqinin ölçülməsi, diaqnostik prosedurlarda tibbi avadanlıqlarla işləmək, tibbi sənədlərin düzgün qaydada sistemə daxil edilməsi tələb olunur.

Şirkət iş mühitinin sterillik və sanitariya qaydalarına uyğunluğunun təmin edilməsini, həmçinin pasiyentlərin prosedur sonrası məlumatlandırılmasını vacib sayır. Namizədlər ali tibbi təhsilə, tibbi sənədlərlə işləmək bacarığına və oftalmoloqa asistəlik təcrübəsinə sahib olmalıdır.

İş Bakı şəhəri, Vaqif prospekti 75A ünvanında yerləşir. Altı günlük iş qrafiki təklif olunur. Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.

Şirkət peşəkar kollektiv, karyera inkişafı imkanı, stabil iş mühiti, işçi və ailəsi üçün tibbi xidmətlərdə güzəştlər və korporativ təlimlərdə iştirak imkanı təklif edir.

Əlaqə: 010 236 67 12

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun