Faydalı
Vaxtı keçmiş vaksini istifadə etmək OLARMIŞ
Faydalı
248

Vaxtı keçmiş vaksini istifadə etmək OLARMIŞ

Pfizer-BioNTech COVID-19 peyvəndinin son istifadə tarixi 2021-ci ilin avqustundan 2022-ci ilin fevralına kimi etiketdə çap edilmiş karton və flakonlarda göstərilən tarixdən sonra 3 ay ərzində istifadə oluna bilər.

Bu sözləri E-saglam.az-a açıqlamasında Fleboloq Cərrah İsmayıl Əsgərov deyib. 

Onun sözlərinə görə, -90ºC ilə -60ºC (-130ºF ilə -76ºF) arasında təsdiq edilmiş saxlanma şəraitində qorunması şərtdir: "Misal üçün, üzərində son istifadə tarixi "Sentyabr 2021" göstərilibsə, "Dekabr 2021" müddətinə kimi, "Noyabr 2021" yazılıbsa, "Fevral 2022" tarixinə qədər istifadəyə yararlıdır.

Xüsusi zaman çərçivəsində - təcili hallarda hazırlanmış preparatlarda qoyulan vaxt şərtidir. Aparılan tədqiqatlarda bu müddət dəqiqləşdirilir".

Könül Oruc

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun