Xəbərlər
WhatsApp 6,8 milyondan çox
Xəbərlər
68

WhatsApp 6,8 milyondan çox fırıldaq hesabını sildi

Meta-nın mesajlaşma platforması WhatsApp bu ilin ilk yarısında 6,8 milyon fırıldaqçı hesabı silib.

E-saglam.az-ın məlumatına görə, bu hesabların əksəriyyətinin Cənub-Şərqi Asiyada yerləşən və mütəşəkkil cinayətkar qruplarla əlaqəli fırıldaq mərkəzləri tərəfindən idarə olunduğu bildirilib.

Şirkət bu fırıldaqçılıq fəaliyyətlərinin qarşısını almaq üçün yeni təhlükəsizlik tədbirləri tətbiq etdiyini açıqlayıb. Bunlara, istifadəçinin kontakt siyahısında olmayan şəxslər tərəfindən qrup söhbətlərinə əlavə edilməsi ilə bağlı xəbərdarlıqlar da daxildir. Bu, saxta investisiya təklifləri və ya hesab oğurluğu kimi fırıldaq sxemlərini yaymaq məqsədilə istifadə olunur.

Meta bildirib ki, sistem şübhəli hesabları aktivləşmədən əvvəl müəyyən edərək bloklayır. Platforma istifadəçilərə xəbərdarlıq edib: “Əgər sizdən əvvəlcədən ödəniş tələb olunursa, xüsusilə də uduş vəd edilirsə, ehtiyatlı olun”.

Təhlükəsizlik mütəxəssisləri iki addımlı doğrulama kimi funksiyalardan istifadə etməyi və tanımadığınız şəxslərdən gələn mesajlara qarşı ayıq olmağı tövsiyə edir. Xüsusilə Myanma, Tayland və Kamboca kimi ölkələrdə fəaliyyət göstərən dələduz şəbəkələrinə qarşı daha çox tədbir görülməkdədir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun