Tibbi xəbərlər
Xərçənglə mübarizədə ümidverici üsul:
Tibbi xəbərlər
129

Xərçənglə mübarizədə ümidverici üsul: Bitki virusu nə dərəcədə effektli olacaq?

UC San Diego Universitetində aparılan yeni tədqiqat qaragözlü noxudlarda rast gəlinən CPMV (“Cowpea Mosaic Virus”) virusunun xərçəngə qarşı immunoterapiyada güclü potensiala malik olduğunu ortaya çıxarıb.

E-saglam.az “Science Daily” saytına istinadla xəbər verir ki, “Cell Biomaterials” jurnalında yayımlanan araşdırmaya əsasən, CPMV virusu insan hüceyrələrinə yoluxmur, lakin immun sistemini aktivləşdirərək xərçəng hüceyrələrini tanıyıb məhv etməyə yönləndirir. Siçanlar və bəzi itlər üzərində aparılan testlərdə virusun antişiş təsiri sübut olunub.

Tədqiqat rəhbəri professor Nikol Steinmetz bildirib ki, CPMV digər bitki virusları ilə müqayisədə immun sistemini daha güclü şəkildə stimullaşdırır. Virus həm doğuşdan gələn, həm də adaptiv immun reaksiyaları hərəkətə gətirir, uzunmüddətli immun yaddaş formalaşdırır və metastatik şişlərlə mübarizəni gücləndirir.

CPMV-nin ən önəmli üstünlüklərindən biri isə ucuz və ekoloji cəhətdən davamlı istehsal imkanlarıdır. Virus bitkilərdə günəş, su və torpaqdan istifadə etməklə yetişdirilə bilir ki, bu da onu bahalı immunoterapiya üsullarına alternativ kimi önə çıxarır.

Hazırda virusun klinik sınaqlara hazırlanması prosesi davam edir. Əgər sınaqlarda da uğur əldə olunarsa, bu yanaşma xərçəng müalicəsində yeni bir dövrün başlanğıcı ola bilər.

Azərtac.az

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun