Xəstəliklər
Xəstə bağırsaqların
Xəstəliklər
105

Xəstə bağırsaqların 6 əlaməti

Bağırsaqlar insan orqanizmində “ikinci beyin” kimi tanınır. Onların sağlamlığı təkcə həzm sistemi ilə məhdudlaşmır – dərimizdən tutmuş əhvalımıza qədər bir çox sahəyə təsir edir.

E-saglam.az xəbər verir ki, əgər bədəninizdə aşağıdakı əlamətləri hiss edirsinizsə, səbəb bağırsaqlarınız ola bilər.

1. Şişkinlik və qaz

Əgər yeməkdən sonra tez-tez mədədə doluluq, qaz və ya geğirmə hiss edirsinizsə, bu, yavaş işləyən bağırsaq və ya disbalansın göstəricisi ola bilər. Bu vəziyyətlər qida həzmində çətinlik və mikroflora pozuntularına işarə edir.

2. Dəri problemləri

Davamlı sızanaqlar, mat dəri və ya qəfil səpkilər bəzən dəriyə aid problem deyil, daxildəki pozğunluğun – xüsusilə də bağırsaq sağlamlığının göstəricisidir. Bağırsaq disbalansı immun sistemini zəiflədərək dəriyə təsir göstərə bilər.

3. Qəbizlik və nizamsız nəcis ifrazı

Əgər tez-tez qəbizlik, ishal və ya nizamsız nəcis ifrazı yaşayırsınızsa, bu, bağırsaq mikroflorasının pozulduğunu göstərə bilər. Bu vəziyyət qida dözümsüzlüyü, iltihab və ya sağlam bakteriyaların azlığı ilə əlaqəli ola bilər.

4. Saç və dırnaq zəifliyi

Saç tökülməsi, incəlmiş saçlar və zəif, tez qırılan dırnaqlar bədənin bəzi vitamin və mineralları mənimsəyə bilmədiyindən xəbər verə bilər. Bunun əsas səbəbi isə zəif işləyən bağırsaqlardır.

5. Hormonal pozğunluqlar və iştah dəyişikliyi

Əgər ac və toxluq hissiniz normadan kənardırsa, bu, leptin və qrelin kimi hormonların tarazlığının pozulması ilə bağlı ola bilər. Bağırsaq iltihabı bu hormonlara təsir edərək artıq çəki, emosional dəyişikliklər və həzm pozğunluqlarına səbəb ola bilər.

6. Yorğunluq və yuxu problemləri

Bağırsaq sağlamlığı yuxu keyfiyyətinə birbaşa təsir edir. Qeyri-sağlam bağırsaq xroniki yorğunluq, gecə tez oyanma və sirkadiyan ritmin pozulmasına səbəb ola bilər.

Nəticə: Bu əlamətlərin hər biri orqanizminizdə balanssızlığın və bağırsaq mikroflorasının pozulmasının siqnalı ola bilər. Əgər bu simptomlar sizdə müşahidə olunursa, həkimə müraciət edib vəziyyətinizi dəqiq qiymətləndirmək vacibdir. Sağlam bağırsaq – sağlam həyat deməkdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun