Gözəllik-dəb
Xiyar və süd maskası dəri üçün zərərlidir?
Gözəllik-dəb
140

Xiyar və süd maskası dəri üçün zərərlidir? Onkoloq açıqladı

Onkoloq Vladimir İvaşkov bəyan edib ki, üz və saç üçün geniş yayılmış bir çox xalq vasitəsi gözəlliyə zərər verə bilər.

E-saglam.az xəbər verir ki, o, bu barədə Telegram kanalında paylaşım edib.

Həkimin sözlərinə görə, xiyar maskası təravətləndirici təsir göstərsə də, tərkibindəki turşular dəridə qızartı, qaşınma və qıcıqlanmaya səbəb ola bilər. Saçlara çəkilən müxtəlif yağlar saçın üzərində film əmələ gətirir və bu, oksigen və qida maddələrinin daxil olmasına mane olur. Nəticədə saçlar qırılır və zəifləyir.

İvaşkov həmçinin qeyd edib ki, kartof maskaları məsamələri tıxaya bilər, çünki kartof nişasta ilə zəngindir. Süd maskalarından piqment ləkələrinə qarşı istifadə isə dərini quruda, soyula və qıcıqlandıra bilər.

Sonda həkim əlavə edib ki, qəhvə və şəkər kimi sərt skrablar dəriyə zərər verə, onun üst qatını zədələyə bilər.

Məsləhət: Təbii vasitələrdən istifadə etməzdən əvvəl dermatoloqla məsləhətləşmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun