Tibbi xəbərlər
Xoşagəlməz tər qoxusunun
Tibbi xəbərlər
101

Xoşagəlməz tər qoxusunun dörd səbəbi açıqlandı

İspaniyanın El Periodico De España nəşrinə verdiyi müsahibədə həkim Ors bəzi insanlarda yaxşı gigiyenaya baxmayaraq xoşagəlməz tər qoxusunun qalmasının mümkün olduğunu deyib.

E-saglam.az xəbər verir ki, o, bunun dörd əsas səbəbi olduğunu bildirib.

Birinci səbəb kimi həkim sidik turşusunun yüksək səviyyəsini göstərib. Bu hal çox vaxt zülallarla və ədviyyatlarla zəngin qidalanma nəticəsində yaranır. Mütəxəssis belə vəziyyətdə pəhrizə yenidən baxmağı tövsiyə edir.

İkinci səbəb dar və sintetik materiallardan hazırlanmış paltarların geyilməsi ilə bağlıdır. Bu cür geyimlər dərinin hava almasına mane olur və bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.

Üçüncü səbəb isə bəzi dərmanların yan təsiri olaraq tərin qoxusunun dəyişməsidir. Həkim qeyd edib ki, bu hal çox zaman nəzərə alınmır, lakin dərman istifadəsi zamanı müşahidə edilən qoxu dəyişiklikləri mütləq həkimə bildirilməlidir.

Dördüncü səbəb kimi isə genetik və fərdi bədən xüsusiyyətləri qeyd olunur. Bəzi insanlarda bədən biokimyası və dəri florası digərlərindən fərqli ola bilər və bu da tərin qoxusuna təsir göstərə bilər.

Mütəxəssis qeyd edir ki, tər qoxusunun arxasında sağlamlığa dair ipucları gizlənə bilər və bu dəyişikliklərə diqqətli yanaşmaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun