Tibbi xəbərlər
Xoşbəxtsən, yoxsa bədbəxt?
Tibbi xəbərlər
149

Xoşbəxtsən, yoxsa bədbəxt? Cavab ağzınızdakı bakteriyalardadır...

New York Universitetinin alimləri ağız mikrobiyomunda (yəni ağızdakı bakterilərin müxtəlifliyində) azalma ilə depressiya arasında birbaşa əlaqə ola biləcəyini müəyyən ediblər.

E-saglam.az xəbər verir ki, tədqiqatda 15 mindən çox insanın ağız nümunələri və psixoloji vəziyyətləri araşdırılıb. Nəticələr göstərib ki, bakteriya müxtəlifliyi az olan şəxslər depressiya əlamətləri göstərməyə daha meyllidir.

Alimlər bildirir ki, depressiya da əks təsir edə bilər: pis ağız gigiyenası, siqaret, alkoqol və bəzi dərmanlar ağız bakteriyalarını dəyişdirə bilər.

Antidepresantlar da ağızdakı mikrobiom balansına təsir edə bilər – tükürük istehsalını azaldaraq bakteriyaların tarazlığını poza bilər.

Bu araşdırma, ağız sağlamlığı ilə ruh sağlamlığı arasında əlaqənin daha ciddi şəkildə araşdırılmasının vacib olduğunu göstərir.

Alimlər ümid edirlər ki, bu sahədə gələcəkdə yeni diaqnostika və müalicə üsulları inkişaf etdirilə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun