Gözəllik-dəb
Yanmış saçların təbii xilaskarı!
Gözəllik-dəb
3234

Yanmış saçların təbii xilaskarı! Həftədə iki dəfə tətbiq edin

Kimyəvi prosedurlar, istilik və ətraf mühit amilləri saçları zədələyə bilər. Nanə yağı və kokos yağı bu problemi aradan qaldırmaq üçün ideal birləşmədir.

E-saglam.az xəbər verir ki, nanə yağı saç follikullarını canlandıraraq tökülməni azaldır, qan dövranını artırır və baş dərisini sakitləşdirir. Kokos yağı isə saçları dərindən nəmləndirir, protein itkisini azaldır və parlaqlıq verir. Bu iki yağ birlikdə saçları bərpa edir və qidalandırır.

Saç qırılmalarının qarşısını almaq və saçların sağlam uzanmasını dəstəkləmək üçün həftədə iki dəfə bu maskanı tətbiq edin:

2 x.q. kokos yağı (benmari üsulu ilə əridilmiş)

1 x.q. üzvi bal

5 damcı nanə yağı

1 x.q. şi yağı (istəyə bağlı)

Bütün inqrediyentləri qarışdırın və otaq temperaturunda soyudaraq tətbiq edin. Bu qarışıq saçlarınızı daha yumşaq, güclü və sağlam edəcək.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun