Tibbi xəbərlər
Yaponiyada həkimlər ilk dəfə Daun sindromlu xəstədən
Tibbi xəbərlər
171

Yaponiyada həkimlər ilk dəfə Daun sindromlu xəstədən artıq xromosomu çıxarıblar

Yaponiyada Mie Universitetinin alimləri ilk dəfə Daun sindromlu xəstədən 21-ci xromosomu çıxarıblar.

E-saglam.az xəbər verir ki, bu barədə "Vietnam" nəşri məlumat yayıb.

Orqanizmdəki artıq xromosomu çıxarmaq üçün onlar "CRISPR-Cas9" gen modifikasiya alətindən istifadə ediblər. Əməliyyatın normal hüceyrə funksiyasını bərpa etmə ehtimalı 37.5%-dir.

Məlum olub ki, emal olunmuş hüceyrələrdə, böyümə sürəti, genin ekspressiya modelləri və antioksidantlaşma kimi xüsusiyyətlər normal səviyyələrə qayıdır.

Prosedur zamanı digər xromosomların zədələnməsi riskinin yüksək olması səbəbindən bu üsul hələlik klinik təcrübədə daimi əsasda istifadə edilə bilməz.

Qeyd edək ki, Daun sindromu insanın 21-ci xromosomunda yaranan uyğunsuzluqla əlaqədar olan genetik xəstəlikdir.

Oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun