Sağlamlıq
Yaponların uzun yaşamasının 9 sirri:
Sağlamlıq
654

Yaponların uzun yaşamasının 9 sirri: Yaşı 110-u keçənlərə "super yüzilliklər" deyilir

Yaponlar dünyada ən uzunömürlü insanlardan sayılır. Orta ömür uzunluğu 83,7 il olan ölkədə sağlam həyat tərzi əsas götürülür. Xüsusilə Okinava adasında orta ömür 89 ildir.

E-saglam.az yaponların uzun yaşamasının 8 əsas sirrini təqdim edir: 

"Hara hach bun me": Yeməyi 80% doyandan sonra dayandırmaq adətidir. Bu, həddindən artıq yeməkdən qaçaraq həzmi yüngülləşdirir.

İnkişaf etmiş səhiyyə sistemi: Yaponlar doğuşdan yetkinliyə qədər peyvənd və müntəzəm tibbi yoxlanışlardan keçirlər. Sağlamlıq kampaniyaları ilə xəstəliklərin qarşısı alınır.

Balanslı qidalanma: Dəniz məhsulları və tərəvəz əsaslı qida rasionu sağlamlığı qoruyur.

Fiziki aktivlik: Yaşlılar belə aktiv həyat tərzi keçirirlər. Məsələn, 86 yaşlı Yuiçiro Miura iki dəfə Everesti fəth edib.

"İkigai" Şüarı: Həyatın mənasını tapmaq və dəyərli yaşamaq prinsipi onların pozitivliyini artırır.

Sosial əlaqələr: Yaşlılar cəmiyyətdən təcrid olunmur, əksinə, hörmət və qayğı ilə əhatələnir.

Az duz istifadəsi: Yaponlar duzlu qidalardan qaçaraq daha sağlam həyat sürürlər.

Mavi zona mədəniyyəti: Okinava kimi bölgələrdə insanlar təbiətə uyğun sadə və stresssiz həyat tərzi sürürlər.

Yaponların bu vərdişləri onları uzunömürlülükdə dünyanın liderləri sırasına çıxarır.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun