Gözəllik-dəb
Yaşlanmanı yavaşladan
Gözəllik-dəb
15

Yaşlanmanı yavaşladan içki aşkarlandı

Yeni elmi araşdırmalara görə, qəhvə təkcə bir vərdiş və ya enerji mənbəyi deyil, həm də yaşlanmanı yavaşlatmağa kömək edən təsirli içkidir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər gündə 2-3 stəkan sadə qəhvə içən şəxslərin bağırsaq sağlamlığının gücləndiyini və bununla da ümumi bədən funksiyalarının daha balanslı işlədiyini bildiriblər.

Qəhvədəki polifenollar faydalı bağırsaq bakteriyalarının – Faecalibacterium, Alistipes və Lauronibacter kimi növlərin artmasını dəstəkləyir. Bu bakteriyalar immun sistemini möhkəmləndirir, iltihabla mübarizə aparırmetabolizmi tənzimləyir.

Mikrobiomun zənginləşməsi qəhvənin mühüm təsirlərindən biridir. Tədqiqatlar göstərir ki, müntəzəm qəhvə içən şəxslərin bağırsaqlarında faydalı bakteriyaların sayı artır, zərərli bakteriyalar isə azalır.

Başqa araşdırmalarda qəhvənin tərkibindəki faydalı maddələrin beyin və ürək sağlamlığını da dəstəklədiyi aşkar edilib. Qocalıqda rast gəlinən əzələ itkisi və zəiflik riskini azalda biləcəyi, hətta daxili orqanlarda yağ yığılmasının qarşısını ala biləcəyi də vurğulanıb.

Mütəxəssislər gündə 2-3 stəkan qəhvə içməyin faydalı olduğunu desələr də, həddindən artıq istehlakın yuxusuzluq, çarpıntı və mədə narahatlıqları kimi mənfi təsirlərə səbəb ola biləcəyini də xatırladırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun