Tibbi xəbərlər
Yaxın günlərdə Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının
Tibbi xəbərlər
57

Yaxın günlərdə Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı olacaq

Yaxın günlərdə yeni təmirdən çıxmış Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı olacaq.

E-saglam.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, ölkədə plastik-estetik-rekonstruktiv cərrahiyyə üzrə iki mərkəz yaradılıb:

"Topçubaşov adına elmi cərrahiyyə mərkəzində tam kadrlı şöbə yaradılıb, müasir avadanlıqlarla təchiz edilib. Digəri isə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun klinik bazası olan plastik-rekonstruktiv cərrahi klinika əsaslı təmir olunub. Yaxın günlərdə açılışı olacaq".

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun