Faydalı
Yayın təbii dərmanı:
Faydalı
337

Yayın təbii dərmanı: Qovun ürəyin və gözlərin xilaskarıdır

Dietoloq Marta Figueras yay aylarında pəhrizə qovun daxil etməyi tövsiyə edib.

E-saglam.az xəbər verir ki, o, bu meyvənin ürək xəstəlikləri və bir sıra digər təhlükəli pozuntuların qarşısını almaqda faydalı olduğunu bildirib.

Qovun tərkibindəki adenozin maddəsi qan laxtalanmasının qarşısını alır, stenokardiya və insult riskini azaldır. Bundan başqa, C vitamini və B qrupu vitaminləri sayəsində sinir sistemini rahatlaşdırır və ürəyin sağlam fəaliyyətini dəstəkləyir.

Barselona Oftalmologiya Mərkəzinin mütəxəssisləri isə vurğulayıblar ki, qovun tərkibindəki yüksək C vitamini göz sağlamlığına da müsbət təsir göstərir. Bu meyvənin müntəzəm istehlakı katarakta kimi görmə problemlərinin yaranma riskini azalda bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun