Lif nədir? Lifin orqanizmə faydaları nələrdir?
Lif qanda şəkərin səviyyəsini tənzimləyir və sizi uzun müddət tox saxlayır. Xolesterinin aşağı düşməsinə kömək edir, qəbizliyin qarşısını alır.
Bu sözləri E-saglam.az-a açıqlamasında endokrinoloq Fərhad Burzu deyib.
Liflə zəngin qidaların siyahısını təqdim edirik:
- Mərci, noxud, lobya
- Tam buğdalı makaron
- Arpa, çovdar, soya
- Bulqur, yulaf
- Qarğıdalı, kərəviz, ənginar
- Əzilmiş kətan toxumu, çia toxumu
- Brokoli, kələm, yerkökü
- Avakado
- Badam, qoz, fındıq, fıstıq
- Günəbaxan tumu
- Moruq, qarağat, böyürtkən
- Kivi, alma, armud
- Portağal, banan.
Lifli qidaları yavaş-yavaş, davamlı olaraq artırsanız və maye qəbul etsəniz vücudunuz daha sağlam olar.