Yenidoğulmuş uşaqlara su vermək lazımdırmı?
E-saglam.az xəbər verir ki, 6 ayına qədər ana südü alan uşaqlara qətiyyən əlavə su verilməz.
Onsuz da, ana südünün tərkibində su həddindən artıq çoxdur. Ana südünün tərkibi, təxminən 90%-in üzərində sudur.
Hə, süni qida alanlar… Süni qidanı hazırlayanda, onsuz da, sudan istifadə olunur. Yenə də məsləhət görülmür. Amma fərq ondadır ki, məsələn, 4 ayından sonra süni qida alanlara su vermək olar. Lakin bu da az miqdarda olmalıdır.
Amma ana südü alan körpələrə 6 ay üstündə verilməsi lazımdır.
Hətta ana südü alana su verilərsə, ağzında aftlar, yəni o “pamukcuk” deyirlər, ağ yaralar kimi yarana bilər.