Tibbi xəbərlər
"Yoluxma azalsa da, yumşalmadan danışmaq tezdir" - Həkim
Tibbi xəbərlər
32

"Yoluxma azalsa da, yumşalmadan danışmaq tezdir" - Həkim

Ölkədə koronavirusa yolxumada rəqəmlər azalsa da, yumşalma barədə danışmaq hələ tezdir.

E-saglam.az trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Vəfa Ağayeva deyib. Onun sözlərinə görə, rəqəmlər hələ də kifayət qədər az deyil:

"Həm də bu barədə ehtiyac yanarsa, rəsmi qurumlar bu haqda məlumat verəcək".

V.Ağayeva ölkədə virusun yoluxma sürətinin və ölənlərin sayının çox olması barədə də danşıb:

"Bəlli olduğu kimi, artıq Azərbaycanda da koronavirusun Britaniya ştammı aşkarlanıb və demək ki, yayılması da var. Bu səbəbdən də yoluxma sayı çox ola bilər. Ölənlərin sayının isə çox olması o səbəbdəndir ki, vətəndaşlar xəstəxanalara vəziyyətləri ağır olduqdan sonra müraciət edirlər".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun