Sağlamlıq
Yorğunluqdan tez qurtulmağınıza kömək edən
Sağlamlıq
125

Yorğunluqdan tez qurtulmağınıza kömək edən 7 tövsiyə

Yorğunluq yuxusuzluq, pis qidalanma kimi bir çox faktorlardan qaynaqlana bilər.

E-saglam.az xəbər verir ki, NHS mütəxəssisləri özünüzü daha enerjili hiss etməyin bir neçə yolunu sadalayıb.

Yorğunluqdan tez qurtulmağınıza nə kömək edəcək?

Böyük, nadir yeməklər yeməkdənsə, müntəzəm yemək yeyin və hər üç-dörd saatdan bir sağlam qəlyanaltılar yeyin.

- Daimi fiziki fəaliyyət.

- Kilolu olsanız arıqlayın.

- Yaxşı yuxu: Hər gün eyni vaxtda yatın və oyanın.

- Yatmaqda çətinlik çəkirsinizsə, axşam saatlarında kofeindən uzaq durun.

- Stressin azaldılması.

- Daha çox su iç.

Mütəxəssislər xroniki yorğunluq üçün faydalı ola biləcək məhsulları da sadalayıblar. 

B12 vitamini mənbələri: qabıqlı balıqlar, midye, xərçəngkimilər, süd məhsulları, yumurta;

Folat mənbələri: tünd yarpaqlı göyərti, paxlalılar, sitrus meyvələri;

C vitamini mənbələri: çiyələk, kivi, şirin bibər, portağal, brokoli, pomidor;

Maqnezium mənbələri: qoz-fındıq və toxumlar, paxlalılar, bütün taxıllar;

Sinkin mənbələri: istiridyə, qırmızı ət, quş əti, qabıqlı balıqlar, paxlalılar.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun