Xəstəliklər
Yüksək təzyiqi dərmansız endirməyin yolu - Kardioloqdan metod
Xəstəliklər
66

Yüksək təzyiqi dərmansız endirməyin yolu - Kardioloqdan metod

Yüksək təzyiqdən əziyyət çəkənlər düzgün tənəffüs metodu ilə təzyiqi dərmansız da sala bilərlər.

E-saglam.az medicina.az-a istinadən xəbər verir ki, həkim kardioloq Mariya Çaykovskaya ürək döyüntüsü və təzyiqi tez və asan yolla normallaşdırmağın üsulunu açıqlayıb.

Bunun üçün dərin və asta diafraqmal tənəffüs lazımdır.

Sakit əyləşib, bir əli döş qəfəsinə, digərini qarında göbəyin üzərinə qoyursuz.

Burundan dərin, aramla nəfəs alırsız, bu zaman qarın şişməlidir, nəfəsi ağızdan verib qarını boşaldırsız. Yəni qarnınızla nəfəs alırsız. Bu zaman sinənizdəki əl hərəkət etməməli, yəni döş qəfəsi ilə nəfəs almamalısız.

Bütün fikrinizi tənəffüsə cəmləyin, ən azı 10 dəqiqə belə nəfəs alın.

Bu metod ürək döyüntüsü 60-dan aşağı olanlara məsləhət deyil.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun