Sağlamlıq
Yüksək xolesterolu və təzyiqi normallaşdırmaq üçün
Sağlamlıq
1786

Yüksək xolesterolu və təzyiqi normallaşdırmaq üçün təsirli üsullar

Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin terapiya kafedrasının professoru Oksana Pivovarova xəbərdarlıq edib ki, yüksək xolesterol səviyyəsi bir sıra təhlükəli xəstəliklərə səbəb olur.

E-saglam.az xəbər verir ki, o, "news.ru" ilə söhbətində bu göstəricini normal vəziyyətə gətirməyin effektiv yolunu təklif edib.

Qan təzyiqini azaltmaq və xolesterolun qanda udulmasını azaltmaq üçün Pivovarova ilk növbədə qırmızı ət və yağlı süd istehlakını azaltmağı, həmçinin trans yağları - çipsi, popkorn, qaymaq və buzluqda saxlanılan məmulatları qəbul  etməməyi tövsiyə etdi. Xolesterolla mübarizədə növbəti addım olaraq həkim pəhrizi həll olunan lif və yağlı balıqlarda olan Omeqa-3 yağ turşuları ilə zənginləşdirməyə çağırıb.

Pivovarova deyir ki, xolesterol səviyyəsini azaltmaq üçün pəhrizinizi düzəltməkdən əlavə, həyat tərzinizi dəyişdirməlisiniz. O, spirt istehlakını minimuma endirməyi, artıq çəkidən qurtulmağa çalışmağı, həmçinin hər gün 30 dəqiqə idman etməyi və daha çox hərəkət etməyi məsləhət görüb.

“Lift əvəzinə pilləkənlərlə gedin, avtomobilinizi ofisdən uzaqda saxlayın, nahar fasiləsində gəzin, ayaq üstə yemək bişirin. Bağ evində və bağçada fiziki işlə məşğul olun”, - terapevt tövsiyə edib.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun