Qidalanma
Yumurta bu bişmə dərəcəsində yeyildikdə
Qidalanma
65

Yumurta bu bişmə dərəcəsində yeyildikdə zəhərləyə bilər

Hər səhər milyonlarla insanın süfrəsində yer alan yumurta, az bişmiş halda istehlak edildikdə sağlamlıq üçün təhlükə yarada bilər.

E-saglam.az xəbər verir ki, yumşaq konsistensiyalı, xüsusilə az bişmiş və ya “qayısı” bənzəri bişirilmiş yumurtalar, zərərli bakteriyaların yaşaması üçün əlverişli mühit yaradır.

Salmonella riski

Tam bişməyən yumurtalarda salmonella bakteriyası sağ qala bilər. Bu bakteriya ishal, ürəkbulanma, qusma və yüksək hərarətə səbəb olan ciddi qida zəhərlənmələrinə yol aça bilər. Xüsusilə uşaqlar, yaşlılar və immuniteti zəif olan insanlar bu riski daha ağır keçirə bilərlər.

Qayısı konsistensiyası da təhlükəsiz deyil

Sarısı içəridən hələ axan, “qayısı bənzəri” bişmiş yumurtalar da risk daşıyır. Bu hal yumurtanın lazımi temperaturda və müddətdə bişməməsi deməkdir ki, bu da bakteriyaların məhv edilməməsinə səbəb olur.

Təhlükəsiz yumurta necə hazırlanmalıdır?

Mütəxəssislərin fikrincə, yumurtanı sağlam və təhlükəsiz istehlak etməyin ən yaxşı yolu:

  • Ən az 70°C temperaturda,

  • 7–9 dəqiqə müddətində bişirməkdir.

Bütünlüklə bişmiş, sarısı və ağ hissəsi tam bərkiyən yumurtalar həm bakteriya riskini azaldır, həm də qida dəyərini qoruyur.

Yumurta faydalı bir qida olsa da, düzgün bişirilmədikdə təhlükəli ola bilər. Sarısı tam bişməmiş yumurtalardan uzaq durmaq, sağlamlığın qorunmasında mühüm rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun