Yunanıstan orta ömür uzunluğuna görə bir çox Avropa qonşularını qabaqlayır.
E-saglam.az xəbər verir ki, burada rekord qıran yubileylər çox qeyd olunmur, lakin bir çox insan 80 yaşına qədər yaşayır və bu, təəccüblü görünmür. "Canlı qida" proqramının müxbiri belə uzunömürlülüyün sirrini araşdırıb.
Yunanıstanda kişilər üçün orta ömür uzunluğu 78 yaşdan yuxarı, qadınlar üçün isə 84 yaşdır. Hətta qədim zamanlarda belə uzun ömür təəccüblü deyildi. Homer və Hippokrat 90 il yaşadılar. Və Euripides 80 yaşında it dişləməsindən öldü.
Müxbir bir neçə kənddə olub, yerli sakinlərlə söhbət edib. Ona etiraf etdilər ki, vaxtlarının çoxunu açıq havada keçirirlər, çünki bir çoxları hələ də kənd təsərrüfatı ilə məşğuldurlar. Buna görə də həyatları çox aktivdir. Qocalıqda da maldarlıq, əkinçilik onları bir yerdə çox oturmamağa məcbur edir.
Bundan başqa, adi kənd sakinlərinin iyun ayından etibarən qida rasionu özlərinin istehsal etdikləri məhsullardan ibarətdir. Həftədə iki dəfədən çox olmayan ət yeyirlər. Və tez-tez naharı atlayırlar.
Kənd sakinlərindən biri etiraf edib ki, həyatından razıdır: qürur duyur ki, zəhmət çəkib, üç övlad böyüdə bilib, ona görə də tezliklə ölsə, xoşbəxt öləcək. Deməli, görünür, sirr təkcə müntəzəm fiziki fəaliyyətdə və pəhrizdə deyil. Burada həyat eşqi, nikbinlik də böyük rol oynayır.
Tərcümə: Könül Oruc