Psixologiya
Yuxuya keçməyinizin qarşısını alan ən pis şey:
Psixologiya
887

Yuxuya keçməyinizin qarşısını alan ən pis şey: Hər kəs bunu edir

Yuxusuzluq dünyada geniş yayılmış problemdir və bir çoxları müxtəlif üsullara əl atır.

E-saglam.az xəbər verir ki, lakin Oksford Universitetinin tədqiqatçısı Rachel Sharman xəbərdarlıq edir: özünüzü yatmağa məcbur etməyin!

"Yata bilmirsinizsə, yataqda qalmaq əvəzinə qalxıb sakit bir yerdə oturun və kitab oxuyun. Yuxunuz gələndə yatağa qayıtmaq daha yaxşıdır," – deyə o bildirir. Əks halda, beyniniz yataq otağını yuxu deyil, oyaqlıqla əlaqələndirəcək.

Daha yaxşı yuxu üçün nə etməli?

Rejimə riayət edin: Hər gecə eyni vaxtda yatmağa çalışın.

İstirahət mühiti yaradın: Yatmazdan ən azı 1 saat əvvəl işıqları söndürün, kitab oxuyun, yemək yeməyin.

Yataq otağını uyğunlaşdırın: Otaq sakit, qaranlıq və təxminən 19°C temperaturda olmalıdır.

Yuxuya prioritet vermək və düzgün vərdişlər formalaşdırmaq sağlam yuxunun əsas şərtlərindəndir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun