Xəbərlər
Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatıb
Xəbərlər
426

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatıb - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.

E-saglam.az APA-ya istinadən məlumat verir ki, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.

Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir.

***

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.

Zəhərlənənlər arasında tələbələr də var. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.

Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun