Tibbi xəbərlər
Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
Tibbi xəbərlər
161

Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?

Qastroenteroloq Aleksandra Metelina Lenta.ru-ya bildirib ki, qida zəhərlənməsi ilə bağırsaq infeksiyasının simptomları arasında vaxt və xarakter fərqləri var.

E-saglam.az xəbər verir ki, o, izah edir ki, qida zəhərlənməsi orqanizmdə sürətli və kəskin reaksiya yaradır, simptomlar adətən keyfiyyətsiz qidanı qəbul etdikdən 2-6 saat sonra başlayır. Qusma bu zaman daha aydın və birdəfəlik olur, bağırsaq pozğunluğu isə daha az müşahidə edilir. Temperatur isə bir qədər yüksəlir.

Bağırsaq infeksiyası isə virus, bakteriya və ya parazitlərin yaratdığı sistemli intoksikasiyaya bağlıdır və simptomlar — qusma və ishal — 12-24 saat və ya daha sonra başlayır. Bu halda xəstədə yüksək hərarət, davamlı qusma, selikli, bəzən qanlı yaşıl rəngli nəcis müşahidə edilə bilər. Həmçinin xəstəlik zamanı halsızlıq və sidiyə getməmək kimi ciddi əlamətlər ortaya çıxır.

Metelina əlavə edir ki, bu fərqlərin vaxtında müəyyən edilməsi düzgün müalicə və bərpa üçün vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun