Faydalı
Zehni gücləndirir, IQ-nu artırır: Harvardlı mütəxəssisdən yaddaşı
Faydalı
352

Zehni gücləndirir, IQ-nu artırır: Harvardlı mütəxəssisdən yaddaşı "roket kimi" işlədən içki tövsiyələri

Harvard məzunu qidalanma mütəxəssisi Dr. Terry Shintani yaddaşı gücləndirən və zehni fəaliyyəti artıran təbii içkiləri açıqlayıb.

E-saglam.az xəbər verir ki, antioksidant, vitamin, mineral və neyroaktiv maddələrlə zəngin bu içkilər beyin üçün əsl dəstək rolunu oynayır.

Yaşıl çay – L-theanine sayəsində sakitləşdirir və diqqəti artırır. Gündə bir fincan şəkərsiz içilməsi tövsiyə olunur.

Kofe – Kofein və xlorogen turşusu ilə beyni aktivləşdirir, Alzheimer və iflic riskini azaldır. Gündə 2-3 fincan faydalıdır.

Çuğundur şirəsi – Beyinə qan axınını artırır, hafizə və düşünmə sürətini yaxşılaşdırır. Böyrək problemi olanlar diqqətli olmalıdır.

Zərdəçal çayı – Kurkumin tərkibli bu içki yaddaş pozuntularına qarşı təsirlidir. Qara bibərlə birlikdə istifadə olunmalıdır.

Kombuça – Probiyotiklərlə zəngindir, bağırsaq-beyin əlaqəsini dəstəkləyərək zehni aydınlıq verir.

 

Əməköməci çayı – Beyində zərərli plakları təmizləməyə kömək edə bilər, Alzheimer riskini azalda bilər. Şəkərsiz içilməsi tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun