Zəncəfil (Zingiber officinale) həm qədim təbabətdə, həm də müasir tibbdə geniş istifadə olunan, çoxsaylı faydaları ilə tanınan bitkidir. Güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə zəncəfil həm kulinariyada, həm də müalicəvi məqsədlərlə istifadə edilir.
E-saglam.az xəbər verir ki, lakin onun istifadəsində diqqətli olmaq da vacibdir.
Zəncəfilin faydaları
Həzm sisteminə kömək edir. Zəncəfil mədə şirəsinin və tüpürcəyin ifrazını artırır, qaz, köp və qəbizlik kimi problemləri azaldır.
Ürəkbulanmanı azaldır. Hamiləlikdə toksikoz, hərəkət xəstəliyi və kemoterapi zamanı yaranan ürəkbulanmanı yüngülləşdirməkdə faydalıdır.
İmmuniteti gücləndirir. Soyuqdəymə, öskürək və qrip zamanı müdafiə qabiliyyətini artırır. Tənəffüs yollarındakı iltihabı azaldır.
İltihabla mübarizə aparır. Xroniki iltihabları azaldır və osteoartrit kimi oynaq xəstəliklərində ağrını yüngülləşdirə bilir.
Dəri və saç üçün faydalıdır. Dərinin iltihabını azaldır, qan dövranını artıraraq saçların böyüməsinə kömək edir.
Zəncəfilin zərərləri və ehtiyat tədbirləri
Allergik reaksiyalara səbəb ola bilər. Qaşınma, səpgilər və ya şişkinlik şəklində özünü göstərə bilər.
Qan durulaşdırıcı təsiri var. Qan durulaşdırıcı dərmanlarla birlikdə istifadəsi təhlükəli ola bilər.
Dərmanlarla qarşılıqlı təsirə girə bilər. Diabet və yüksək təzyiq dərmanlarının təsirini artıra bilər.
Mədə xəstələri üçün risklidir. Qastrit və ya mədə xorası olanlarda vəziyyəti ağırlaşdıra bilər.
Hamiləlik və laktasiya dövründə diqqətli istifadə olunmalıdır. Yüksək dozalar risk yarada bilər. Mütəxəssis məsləhəti vacibdir.
Tərcümə: Könül Oruc