Tibbi xəbərlər
Zərərsiz güclü
Tibbi xəbərlər
70

Zərərsiz güclü ağrıkəsici yaradılıb

Kioto Universitetinin yapon alimləri insanda asılılıq yaratmayan və opioidlərə xas təhlükəli yan təsirlərə malik olmayan güclü yeni nəsil ağrıkəsici yaradıblar.

E-saglam.az xəbər verir ki, ADRIANA adlanan dərman haqqında Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında məlumat dərc edilib.

Qeyd edilib ki, dərman artıq könüllülər və əməliyyat olunmuş xəstələr üzərində klinik sınaqlardan uğurla keçib. Morfin və digər ənənəvi ağrıkəsicilərdən fərqli olaraq, ADRIANA fərqli prinsip üzərində işləyir. O, sinir sistemindəki müəyyən strukturlara - adrenoreseptorlara təsir göstərir.

Dərmanın uğurlu preklinik sınağından sonra ağciyər şişi əməliyyatından sonra xəstələr də daxil olmaqla bir sıra xəstələrdə I və II faza klinik sınaqlar aparılıb. Qarşıda ABŞ-də BTB Therapeutics ilə birgə genişmiqyaslı sınaqlar olacaq.

iqtisadiyyat.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun