Qidalanma
Zeytunu illərdir səhv yemişik -
Qidalanma
101

Zeytunu illərdir səhv yemişik - belə yeyildikdə faydası 10 dəfə artır

. Səhər yeməklərinin sevilən məhsulu olsa da, çoxumuz onu düzgün şəkildə istehlak etmirik.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, zeytun doğru formada yeyildikdə orqanizmdə iltihabı azaldır, immuniteti gücləndirirürək-damar sağlamlığını dəstəkləyir.

Ən böyük problem zeytunun çox duzlu və kimyəvi tərkibli şəkildə istehlak olunmasıdır. Belə zeytunlar həm faydasını azaldır, həm də natrium yükünü artırır.

Ən faydalı zeytun növü təbii yolla fermentləşdirilmiş, yəni qatqısız və kimyəvi maddə istifadə edilmədən hazırlanmış zeytunlardır. Bu cür zeytunlar bağırsaq florasını gücləndirən probiotiklərlə zəngindir.

İspaniyada aparılan bir araşdırmaya görə, təbii fermentləşdirilmiş zeytunları mütəmadi yeyən insanlarda:

  • iltihab əlamətləri azalır,

  • pis xolesterin (LDL) səviyyəsi aşağı düşür,

  • bağırsaq mikrobiotası yaxşılaşır.

Buna görə də zeytun alarkən “az duzlu”, “təbii fermentləşdirilmiş” və ya “qatqısız” ifadələrinə diqqət yetirmək tövsiyə olunur. Eyni zamanda, evdə zeytunu suda saxlayaraq artıq duzunu azaltmaq da faydalıdır.

Zeytunu səhər yeməyində, salatlarda və ya zeytun yağı ilə birlikdə yemək təsirini daha da artırır. Xüsusilə soyuq sıxılmış zeytun yağı ilə birlikdə istifadə edildikdə, zeytunun tərkibindəki antioksidantlar (oleuropein və hidroksitirozol) daha yaxşı mənimsənilir. Nüvəli zeytunlarda bu maddələrin miqdarı daha yüksək olur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun