Son zamanlar yaddaş problemi olan insanların sayı sürətlə artır. Yaşlı insanlarda müşahidə olunan yaddaş problemləri indi gənclərdə də özünü biruzə verir. Lakin bəzi qidalarla bunun qarşısını müəyyən qədər almaq mümkündür.
E-saglam.az xəbər verir ki, bəzi qidalar beyni və yaddaşı qoruyur. Araşdırmalarla sübut edilmişdir ki, zərdəçalın möcüzəvi yaddaş qoruyucu xüsusiyyətləri üzə çıxıb. Tədqiqatçıların fikrincə, gündə 1 çay qaşığı zərdəçal qəbul etmək belə beyni qorumaq üçün kifayətdir.
Alman alimləri tərəfindən aparılan və "Stem Cell Research and Therapy" jurnalında dərc edilən bir araşdırma zərdəçalda olan bir maddənin beynin sağlamlığında iştirak edən sinir hüceyrələrinin inkişafına kömək etdiyini göstərib.
Bəs zərdəçalı necə istifadə edək ki, daha faydalı olsun?
Zərdəçal istənilən formada istehlak edilə bilər, lakin tərkibindəki curcumin yalnız yağda həll olunduğu üçün onu yağlı qidalarla və ya qatıq kimi təbii yağ ehtiva edən qidalarla qarışdıraraq istehlak etmək tövsiyə olunur. Bir kasa qatığa 1 çay qaşığı zərdəçal əlavə etmək kifayətdir.
Tərcümə etdi: Könül Oruc