Sağlamlıq
100 yaşlı Rəcəb babanın süfrəsində hər zaman bir şey olur:
Sağlamlıq
157

100 yaşlı Rəcəb babanın süfrəsində hər zaman bir şey olur: uzun ömrünün sirri bu 3 qidadadır

Balıkəsirin Gönen rayonunun Üzümlü kəndində yaşayan Rəcəb Ercan 100 yaşını tamamlayıb.

E-saglam.az xəbər verir ki, əkinçiliklə məşğul olan və illər əvvəl məhəllə muhtarı kimi çalışan Rəcəb baba uzunömürlülüyünün sirrini açıqlayıb.

Üç övladı, səkkiz nəvəsi və səkkiz nəticəsi olan Rəcəb Ercanın sözlərinə görə, sağlam və uzun həyatın sirri kədərlənməmək, təbii qidalanmaq və süfrədən qatıq, ayran və tərəvəzi əskik etməməkdir. Ailəsi və qonşularının təşkil etdiyi doğum günü tədbirində duyğulu anlar yaşanıb.

Qonşular onu kəndin "əsrlik çinarı" adlandırır. Rəcəb baba isə təvazökarlıqla bildirir: "İnsan yaşamaq istəyirsə, qəlbini rahat saxlamalı və təbiətdən uzaq düşməməlidir".

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun