Xəstəliklər
2030-cu ildə insultdan ölənlərin sayı 5 milyona çata bilər
Xəstəliklər
113

2030-cu ildə insultdan ölənlərin sayı 5 milyona çata bilər

2030-cu ilə qədər bütün dünyada insultdan ölənlərin sayı 5 milyona çata bilər.

E-saglam.az xəbər verir ki, bu barədə Amerika Nevrologiya Akademiyası məlumat yayıb.

Tədqiqat zamanı 1990-2019-cu illər üçün Ümumdünya Səhiyyə Təşkilatının məlumatları təhlil edilib.

Belə ki, işemik insultdan ölənlərin sayı 1990-cı ildə 2,04 milyon olubsa, 2019-cu ildə 3,29 milyona yüksəlib.

İnsult üçün yeddi əsas risk faktoru müəyyən edilib: siqaret çəkmək, ifrat dərəcədə pəhriz, yüksək qan təzyiqi, xolesterolun artması, böyrək funksiyasının pozulması, qanda şəkərin çoxalması və piylənmə.

İşemik insultun 2030-cu ildə 4,9 milyon insanın ölümünə səbəb olacağı proqnozlaşdırılır.

Mənbə: Report

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun