Xəbərlər
28 milyon "Coca-Cola" şüşəsinin tərkibində təhlükəli hissəciklər aşkarlanıb -
Xəbərlər
266

28 milyon "Coca-Cola" şüşəsinin tərkibində təhlükəli hissəciklər aşkarlanıb - Geri çağıracaq

"Coca-Cola" Avstriyada satışdan çıxarılan 28 milyon 0.5 litrlik plastik şüşəni geri çağıracaq.

E-saglam.az "Austria Press Agentur"a istinadən xəbər verir ki, buna səbəb təhlükəli hissəciklərin şüşələrin içinə daxil olması riskidir.

Qeyd olunur ki, az sayda şüşəyə metal fraqmentlərinin daxil olma ehtimalı var. Bu risklər istehsal zamanı xətanın baş verməsi səbəbindən yaranıb.

Bu cür məhsulların istehlakı sağlamlığa zərər verə bilər, buna görə şirkət bütün partiyanı geri çağırmaq qərarına gəlib. Bu partiyaya yararlılıq müddəti 2025-ci il fevralın 4-dən aprelin 12-dək olan "Coca-Cola", "Fanta", "Sprite" və "MezzoMix" içkiləri daxildir. Avstriyada belə böyük miqyasda məhsulun geri çağırılması ilk dəfə baş verir. Hazırda həmin içkilərə görə zərər çəkən qeydə alınmayıb.(oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun