Xəstəliklər
3-cü doza ilə bağlı önəmli açıqlama: Antitel səviyyəsini 3 qat artırır
Xəstəliklər
363

3-cü doza ilə bağlı önəmli açıqlama: Antitel səviyyəsini 3 qat artırır

Koronavirusa qarşı vurulan üçüncü doza vaksin antitel səviyyəsini 3 dəfədən çox artırır.

E-saglam.az xəbər verir ki, “Pfizer”ın yayımladığı yazılı açıqlamaya görə, aparılan araşdırmalarda məlum olub ki, ikinci dozadan beş və ya səkkiz ay sonra vurulan üçüncü doza antitel səviyyəsini 3 dəfə artırır.

Hələ ki, bütün detalları ilə yayımlanmayan araşdırmada üçüncü dozanın yan təsirlərinin ikincidən fərqli olmadığı da bildirilib.

Qeyd edək ki, “Pfizer-BioNTech” vaksininin üçüncü dozası ABŞ-da yalnız 12 yaş və yuxarı immun sistemi xəstəliyi olanlarda istifadəsinə icazə verilir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun