Qidalanma
35-dən çox adam şaurmadan zəhərləndi
Qidalanma
160

35-dən çox adam şaurmadan zəhərləndi

35-dən çox adam şaurmadan zəhərləndi.

Rusiyada 35-dən çox adam şaurmadan zəhərlənib.

E-saglam.az yerli mediaya istinadla bildirir ki, İrkutsk vilayətində şaurma yeyən 35-dən çox adam səhhətinin pisləşməsi ilə əlaqədar Bratsk xəstəxanalarına müraciət edib.

Beşi uşaq olmaqla 11 nəfər kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb.

Şəhər sakinləri şaurma-nı “Shaurma I Want” fast-food kafesindən alıblar. Mütəxəssislər artıq qida, mətbəx texnikası və məişət cihazlarından nümunələr götürüblər.

Müstəntiqlər manqal sobaları və sənədləri götürüb, müəssisənin əməkdaşları bakterioloji müayinəyə göndərilib.

Mənbə: Lent.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun