Tibbi xəbərlər
ABŞ sakini masajdan sonra ömürlük iflic qalıb:
Tibbi xəbərlər
131

ABŞ sakini masajdan sonra ömürlük iflic qalıb: Ancaq gözlərini hərəkət etdirə bilir

ABŞ-də 34 yaşlı Conatan adlı kişi boyun ağrılarından xilas olmaq üçün masaj seansına yazılıb. Lakin prosedur zamanı o, gözlənilmədən insult keçirib. Həkimlər bu halı dərhal müəyyən edə bilməyiblər və diaqnozun gecikməsi nəticəsində kişi iflic vəziyyətinə düşüb.

E-saglam.az xəbər verir ki, bu barədə "LADbible" nəşri məlumat yayıb.

Məlumata əsasən, Conatan boyun nahiyəsindəki ağrılardan əziyyət çəkdiyi üçün manual terapevtə müraciət edib. Seans zamanı qəfil başı gicəllənib və o, ətraf mühitə reaksiya verməyi dayandırıb. Kişi təcili şəkildə Corciya ştatındakı Nort-Fulton xəstəxanasına yerləşdirilib. Lakin həkimlər ilkin mərhələdə düzgün diaqnoz qoya bilməyiblər. Daha sonra müəyyən olunub ki, Conatan beyin sapında (beynin aşağı hissəsində yerləşən və beyinlə onurğa beyni arasında əlaqəni təmin edən hissə) ağır insult keçirib.

Diaqnozun gec qoyulması səbəbindən o, insultun müalicəsində həyati əhəmiyyət daşıyan qiymətli vaxtı itirib. Pasiyentdə qapalı insan sindromu yaranıb - şüuru açıq olsa da, bədəninin hərəkət funksiyalarını tamamilə itirib və yalnız gözlərini hərəkət etdirə bilir.

Conatanın vəkili bildirib ki, həkimlər rentgen görüntülərini düzgün şərh etməyiblər və aydın simptomlara baxmayaraq, insult ehtimalına dair tibbi protokollara əməl olunmayıb. Onun ailəsi manual terapevti, xəstəxananı və bir neçə həkimi məhkəməyə verib.

Məhkəmə iki həkimi həddindən artıq səhlənkarlıqda təqsirli bilib və Conatana 75 milyon dollar təzminat ödənilməsinə qərar verib.

Oxu.az

E-saglam.az 

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun