Tibbi xəbərlər
ABŞ səhiyyə işçiləri: “Hələlik yalnız “Pfizer” peyvəndinin “gücləndirici” dozaları tövsiyə edilə bilər
Tibbi xəbərlər
239

ABŞ səhiyyə işçiləri: “Hələlik yalnız “Pfizer” peyvəndinin “gücləndirici” dozaları tövsiyə edilə bilər

ABŞ səhiyyə işçiləri Ağ Evi koronavirusa qarşı yenidən peyvənd edilməsini dayandırmağa çağırıb.

Ölkənin Qida və Dərman İdarəsinin (FDA) və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) nümayəndələri ABŞ Prezidenti Co Baydenin administrasiyasına koronavirus peyvəndinə əlavə, “gücləndirici” dozalar tətbiq etmək planlarını bu ayın sonunda təkrar vaksinasiya üçün məlumatların olmaması səbəbindən təxirə salmağı tövsiyə edir.

Rəsmilərə görə, hələlik yalnız “Pfizer” peyvəndinin təkrar dozaları tövsiyə edilə bilər.

Qeyd edək ki, ABŞ-da koronavirusa qarşı “Moderna” və “Johnson&Johnson” peyvəndi də tətbiq edilir./oxu.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun