Qidalanma
Acqarına tut yemək zərərli ola bilər -
Qidalanma
304

Acqarına tut yemək zərərli ola bilər - mütəxəssisdən xəbərdarlıq

Tut giləmeyvəsinin faydaları danılmazdır: B, C, K2 vitaminləri, kalium, maqnezium, dəmir və antioksidantlarla zəngin olduğu üçün ürək-damar sistemini, görmə qabiliyyətini və immuniteti dəstəkləyir. Eyni zamanda, tərkibindəki lif sayəsində həzm sisteminə də müsbət təsir göstərir.

E-saglam.az xəbər verir ki, lakin rusiyalı həkim-terapevt Elena Pavlova xəbərdarlıq edir ki, bu giləmeyvə səhərlər acqarına yeyildikdə təhlükəli ola bilər.

Pavlova bildirib ki, tut acqarına və xüsusilə böyük miqdarda yeyildikdə, həzm pozğunluğuna səbəb ola bilər. Bu zaman ürəkbulanma, ishal və hətta qusma kimi simptomlar ortaya çıxa bilər. Həkim bu səbəbdən tutun nisbətən tox vəziyyətdə, az miqdarda yeyilməsini tövsiyə edir.

Onun sözlərinə görə, tutun aşağı glisemik indeksə malik olması isə onu şəkərli diabetdən əziyyət çəkən insanlar üçün daha təhlükəsiz edir. Ancaq istənilən halda, bu kimi meyvələrin istehlakında ölçü gözləmək sağlamlıq baxımından vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun