Tibbi xəbərlər
“Ağ ölüm” satan “nəzarətçi” ələ keçdi
Tibbi xəbərlər
81

“Ağ ölüm” satan “nəzarətçi” ələ keçdi

Səməd Vurğun küçəsində avtomobillərin parklanma nəzarətçisi kimi işləyən N.Ağayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin, bir kibrit qutusu qurudulmuş marixuana və yeddi ədəd psixotrop həb aşkar edilərək götürülüb. 

Ətrafında aparılan tədbirlərlə onun narkotik vasitələri internet üzərindən onlayn qaydada əldə etdiyi şəxs də müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum edilmiş A.Həsənov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik maddə olan heroin aşkar edilib.

Polis əməkdaşları tərəfindən onun yaşadığı mənzilə baxış zamanı isə oradan əlavə olaraq 2,3 kiloqram heroin götürülüb. /Oxu.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun