Ürək cərrahı və ürək mütəxəssisi Ceremi London xəbərdarlıq edib ki, adi ağız yuyucu vasitələrdən istifadə ürək-damar xəstəlikləri riskini artıra bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, ağız boşluğunda faydalı bakteriyalar var ki, bu da başqa şeylərlə yanaşı, qan təzyiqini tənzimləməyə kömək edir. Ağız qarqarasından istifadə edərkən faydalı mikrobları öldürən kimyəvi reaksiya baş verir.
Ağzınızdakı bu bakteriyaları öldürməklə əslində yüksək təzyiqə səbəb ola bilərsiniz. Yüksək qan təzyiqi həm insult, həm də infarkt üçün risk faktorudur.
Bundan əlavə, dişlərinizi fırçaladıqdan dərhal sonra ağız qarqarasından istifadə etmək diş pastanızdakı qoruyucu florid təbəqəsini yuya bilər və nəticədə daha az təsirli fırçalama ilə nəticələnə bilərsiniz. Qarqara dişlərinizi fırçalamadan 30 dəqiqə əvvəl və ya sonra istifadə edilməlidir.
Tərcümə: Könül Oruc