Tibbi xəbərlər
Ağrınızın əsl səbəbi elə qəbul etdiyiniz
Tibbi xəbərlər
122

Ağrınızın əsl səbəbi elə qəbul etdiyiniz ağrıkəsici ola bilər

Gündəlik həyatda ən çox istifadə edilən dərmanlardan biri olan ağrıkəsicilər səhv istifadə edildikdə ciddi sağlamlıq risklərinə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, diqqətsiz istifadə olunan bu dərmanlar zamanla xeyirdən çox zərər verə və hətta ağrılarınızın əsl səbəbinə çevrilə bilər.

E-saglam.az-ın məlumatına görə, mütəxəssislərə görə, ən çox istifadə edilən dərman qruplarından olan ağrıkəsicilər həkim nəzarəti olmadan qəbul edildikdə təhlükəli nəticələr doğura bilər. Tez-tez baş ağrısı, diş ağrısı, əzələ və oynaq şikayətləri üçün seçilən bu dərmanlar düzgün dozada istifadə edilmədikdə faydadan çox zərər gətirir.

Həkimlər bildirirlər ki, ağrıkəsicilərin uzunmüddətli və nəzarətsiz istifadəsi paradoksal təsir göstərərək ağrını azaldacağı yerinə gücləndirə bilər. Bu vəziyyət xüsusilə migren və xroniki baş ağrılarında müşahidə olunur. “Müəyyən bir nöqtədən sonra dərmanlar ağrını kəsmir, əksinə tətikləyici olur” – deyə mütəxəssislər xəbərdarlıq edirlər.

Yanlış istifadənin nəticəsi yalnız ağrının artması ilə bitmir. Müntəzəm və yüksək dozada ağrıkəsici qəbulu böyrəklərə ciddi zərər verə, mədə və bağırsaqlarda qanaxmaya səbəb ola bilər. Buna görə də “hər ağrıya bir həb” yanaşmasının təhlükəli olduğu vurğulanır.

Mütəxəssislər xəbərdarlıq edirlər:

  • Dərmanları yalnız həkim məsləhəti ilə qəbul edin

  • Lazımsız və uzun müddət istifadədən çəkinin

  • Alternativ üsullara üstünlük verin (istirahət, soyuq və istilik tətbiqləri, idman)

  • Daimi ağrıların səbəbini araşdırın

Ağrıkəsicilər düzgün istifadə edildikdə həyatı asanlaşdıran təsirli vasitələrdir. Amma şüursuz və nəzarətsiz qəbul edildikdə xeyirdən çox zərər verə, hətta “zəhərə” çevrilə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun