Xəbərlər
Albaniya Respublikasının ətraf mühit və turizm naziri ilə görüş keçirilib
Xəbərlər
253

Albaniya Respublikasının ətraf mühit və turizm naziri ilə görüş keçirilib

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının ətraf mühit və turizm naziri xanım Mirela Kumbaro ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

E-saglam.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri, bioloji müxtəlifliyin qorunması sahəsində cari və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun