Koronavirusun "omikron" ştamı ilə yoluxma halında "delta"dan fərqli olaraq ev şəraitində müalicə mümkündür.
E-saglam.az-ın məlumatına görə, bu barədə Britaniya mediası hökumətin ilk belə araşdırmasına istinadən xəbər verir.
Məlumatlara görə, yoluxmuş "omikron"un xəstəxanaya getmə riski "delta" ilə müqayisədə 50-70% azdır.
Sağlamlıq Təhlükəsizliyi Agentliyinin direktoru Cenni Harris deyib ki, yeni ştamla yoluxanların adi qaydada müalicəsi onun az təhlükəli olmasını şərtləndirir.
Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “omikron” ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb./report/