Sağlamlıq
Alimlər qocalmanı ləngidən idman növünü
Sağlamlıq
114

Alimlər qocalmanı ləngidən idman növünü açıqlayıblar

Elmi araşdırmalara görə, bəzi idman növləri təkcə bədəni deyil, həm də zehni formada saxlayaraq qocalma prosesini ləngidə bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu baxımdan komanda idman növləri fərdi məşqlərdən daha çox fayda verir.

Təbii ki, hərəkət və idman ümumilikdə sağlamlığa müsbət təsir edir. Ancaq məqsəd qocalmanı gecikdirməkdirsə, basketbol, voleybol, tennis və ya badminton kimi sosial qarşılıqlı əlaqə tələb edən idman növləri daha üstün sayılır.

Komanda idmanlarında insanlar yalnız fiziki məşqləri deyil, eyni zamanda ünsiyyət, uyğunlaşma və əməkdaşlıq bacarıqlarını da inkişaf etdirirlər. Məhz bu psixoloji aktivlik və sosial əlaqələr qocalma əleyhinə vacib amillərdir.

Üstəlik, bu növ idmanla məşğul olmaq üçün şəxsi məşqçiyə ehtiyac da yoxdur. Sadəcə uyğun bir komanda tapmaq və mütəmadi iştirak kifayətdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun