Xəstəliklər
Alimlər xərçəngin yayılmasını dayandıran yeni molekul kəşf etdi -
Xəstəliklər
153

Alimlər xərçəngin yayılmasını dayandıran yeni molekul kəşf etdi - 2026-da klinik sınaqlara başlanır

ABŞ və Avropadan olan tədqiqatçılar xərçəng hüceyrələrinin digər orqanlara yayılmasının qarşısını alan yeni bir molekul kəşf etdiklərini açıqlayıblar.

E-saglam.az xəbər verir ki, "MSP-101" adlandırılan bu molekul metastazın əsas mexanizmini bloklayaraq, xüsusilə döş, ağciyər və yoğun bağırsaq xərçəngi kimi növlərdə təsirli olub.

Tədqiqat "Nature Cancer" jurnalında dərc olunub və ilkin heyvan sınaqları zamanı molekulun həm yayılmanın qarşısını aldığı, həm də mövcud şişlərin böyüməsini ləngitdiyi sübut edilib.

Elm adamları bu inkişafı "onilliklər sonra metastaza qarşı ümidverici silah" kimi qiymətləndirirlər. İnsan üzərində klinik sınaqların 2026-cı ildə başlaması planlaşdırılır. Bu molekulun uğurlu olması, xərçəngə qarşı mübarizədə dönüş nöqtəsi ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun