Tibbi xəbərlər
Alkoqoliklərin uşaqları necə olur?
Tibbi xəbərlər
148

Alkoqoliklərin uşaqları necə olur?

Tibb elmləri namizədi, “Alkomed” klinikasının baş həkimi Nikolay Çeredniçenko bildirib ki, alkoqolik valideynlərin övladları çox vaxt alkoqoldan uzaq durur və ona qarşı daha ehtiyatlı münasibət göstərirlər.

E-saglam.az xəbər verir ki, o, alkoqolizmə irsi meyl mövzusundakı məşhur fikri Lenta.ru-ya verdiyi açıqlamada təkzib edib.

Həkimin sözlərinə görə, genetik faktorlar, ailə mühiti, sosial çevrə və tərbiyə alkoqolizm riskinə müəyyən dərəcədə təsir etsə də, bu, həlledici deyil. “Valideynlərinin alkoqol asılılığından əziyyət çəkən uşaqlar bəzən bu təcrübədən dərs alaraq alkoqoldan tamamilə uzaq dururlar”, – deyə Çeredniçenko bildirib.

O, fikrini Britaniyada aparılmış elmi araşdırma ilə əsaslandırıb. Bu tədqiqatda alkoqolik valideynlərin uşaqlarının daha çox xəstələndiyi və sağlamlıq baxımından zəif olduqları iddiası yoxlanılıb. Nəticələr isə bu fərziyyənin doğru olmadığını göstərib.

“Ailə yükü həlledici deyil”

Çeredniçenko əlavə edib ki, “uşaqlıq və yeniyetmə dövründə atalarının spirtli içki qəbul etdiyini görən kişilər, yetkin yaşlarında çox zaman alkoqoldan ehtiyat edir və ondan imtina edirlər. Bu da göstərir ki, nəticə təkcə ailə fonuna deyil, insanın şəxsi seçimlərinə, intellektinə və düşüncə tərzinə də bağlıdır”.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun